Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Yay transfer pəncərəsində “Qarabağ”dan “Seltik”ə keçən Kamilo Duran Şotlandiya təmsilçisinin heyətində növbəti dəfə rəqib qapısına yol tapıb.
Futbolpress.az xəbər verir ki, kolumbiyalı forvard Şotlandiya Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Aberdin”lə qarşılaşmada diqqət mərkəzinə düşüb. O, komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşan matçın 14-cü dəqiqəsində baxımlı qola imza ataraq hesabı açıb.
Qolu buradan izləyə bilərsiniz.