Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Hyuston”un forvardı Kevin Dürant MBA tarixində topladığı xal sayına görə 7-ci pilləyə yüksəldi."Football-plus.az" xəbər verir ki, “Portlend”lə oyunda (105:111) 30 xal toplayan Dürant karyerası boyunca xal sayını 31420-yə çatdırmaqla əfsanəvi mərkəz oyunçusu Uilt Çemberleni (31419) arxada qoydu.
6-cı yerdə “Dallas”ın sabiq forvardı Dirk Novitski (31560) qərarlaşıb.
Bu siyahının önündə isə Lebron Ceyms (42588), Kərim Əbdül-Cabbar (38387), Karl Meloun (36928), Kobe Brayant (33643) və Maykl Cordan (32392) var.
37 yaşlı Dürant cari mövsümdə hər oyunda orta hesabla 26,2 xal toplayıt, 5,3 rubaund edir və 4,5 məhsuldar ötürmə verir.Şənbə günü keçirilən “Orlando” – “Filadelfiya 76” oyununda maraqlı hadisə baş verib.
Oyunu idarə edən Bill Kennedi oyunun gedişində ayağından zədə alıb. 59 yaşlı hakim ilk çeyrəyin sonunda zədələnib.
O, növbəti cəld təkandan sonra zədə alıb və meydanı müstəqil şəkildə tərk edə bilməyib.
Hakimə yardım göstərilməsi üçün “Orlando” taym-aut götürüb. Kennedi paltardəyişmə otağına əlil arabasında aparılıb.