“Durban Siti”nin futboilçusu isinmə hərəkəti zamanı dünyasını dəyişdi

23.04.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Afrika Respublikasının "Durban Siti" klubunun müdafiəçisi Sinamandla Zondi 22 yaşında dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Çərşənbə axşamı, aprelin 22-də Cənubi Afrika Respublikasının ikinci liqasında "Milford"a qarşı keçirəcəkləri oyundan əvvəl isinmə hərəkətləri zamanı futbolçu özündən gedərək yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər futbolçunun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Zondi peşəkar liqada ilk oyununu 2021-ci ilin  sentyabrında keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью