Durov Fransa hakimiyyətinə “Telegram”da moderatorluğu yaxşılaşdırmağı vəd edib

18.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Telegram”ın təsisçisi Pavel Durov Fransa məhkəməsində keçirilən dinləmə zamanı messencerin moderasiyasını yaxşılaşdıracağına söz verib.

APA xəbər verir ki, bu barədə Franceinfo mənbələrə istinadən məlumat yayıb.

“Hakimlərin “Telegram”da kütləvi şəkildə yayılan qeyri-qanuni məzmunla bağlı sualına Durov üç vəkilin iştirakı ilə cavab verib və messencerin moderasiya prosedurlarını təkmilləşdirməyə sadiq qaldığını vəd edib.

O, həmçinin bildirib ki, qanun pozuntusuna görə messencerdə hər ay 20 milyona qədər hesab silinir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью