Durov “GTA VI”nı ələ saldı Makronla döyüş videosu paylaşdı Video

28.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Telegram”ın qurucusu Pavel Durov mini-oyun formatında hazırlanmış video yayımlayıb.
Bizim.Media xəbər verir ki, videonun süjetinə görə, Durov Fransa Prezidenti Emmanuel Makronla döyüşür və onu nokauta salır.

“Bu oyun “GTA VI”dan daha realdır”, – deyə biznesmen paylaşımında yazıb.

Qeyd edək ki, “GTA” seriyasının yeni hissəsi noyabrın 19-da, əvvəlki oyunun buraxılışından 13 il sonra təqdim olunub.
Oyunun tərtibatçısı “Rockstar Games” studiyasıdır. Buraxılış tarixi iki dəfə təxirə salınan “GTA VI” bir neçə il ərzində ən çox gözlənilən oyun layihələri arasında yer alıb.
Oyunun süjetinin mərkəzində cinayətkar cütlük – Ceyson Dyuval və Lusiya Kaminos dayanır. Uğursuz qarət cəhdindən sonra onlar uydurma Leonida ştatının kriminal aləmi ilə qarşıdurmaya cəlb olunurlar.

Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью