Durov ilk dəfə məhkəmə qarşısına çıxarıldı | Icma.az
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Teleqram təsisçisi Pavel Durov Fransada saxlanılmasından sonra ilk dəfə messencerdə mümkün cinayət fəaliyyəti ilə bağlı dindirilməsi üçün Paris məhkəməsinə gəlib.
Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilib ki, Durov vəkilləri ilə birgə məhkəməyə gəlib.
O, məhkəmə prosesinin gedişi və ona qarşı irəli sürülən ittihamlarla bağlı mediaya açıqlama verməkdən imtina edərək, yalnız “Fransa ədalətinə inandığını” deyib.
Qeyd edək ki, bir neçə ay öncə Bakıdan Parisə gedən Durov hava limanından saxlanılmışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu