Durov WhatsApp ın hiyləgər planını ifşa etdi | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat yayır. "Telegram"ın yaradıcısı Pavel Durov "WhatsApp"ı "Telegram" kanallarında "Telegram"ı tənqi
SİA xəbər verir ki, sübut kimi o, rusdilli kanallardan iki paylaşımın skrinşotlarını da yayımlayıb.
Paylaşımlarda "Telegram" mesenceri “fırıldaqçılıq yaymaqda və reklamları qarışdırmaqda” günahlandırılır, "WhatsApp" isə interfeysdə reklam olmadığı və ödənişli abunə olmadığı üçün "yaxşı" kimi göstərilir.
"Rəqiblərimiz çarəsizləşib və "Telegram" kanallarında özlərini reklam etməyə başlayıblar.
Bundan əvvəl onlar əsasən Qərb mətbuatında sifarişli məqalələr dərc edirdilər.
Onlar bizə qarşı yönəldilən marketinq büdcəsinin milyardlarla vəsaitini innovasiyaya xərcləsələr, daha yaxşı olardı", - Durov yazıb.
O əlavə edib ki, "Telegram" texnoloji cəhətdən "WhatsApp"ı illərlə qabaqlayır. Onun sözlərinə görə, bu boşluq hər ay artır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu