Durovdan Fransa hökumətinə qarşı yeni ittiham

20.05.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Pavel Durov Fransa hakimiyyətini və xüsusi xidmət orqanlarını digər ölkələrin siyasətinə təsir etmək cəhdində ittiham edib.

"Unikal" xəbər verir ki, bununla bağlı o, X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Fransa xarici kəşfiyyatı təsdiqlədi ki, onlar mənimlə guya terrorizm və uşaq pornoqrafiyası ilə mübarizə aparmaq üçün görüşüblər. Onlar Fransada terrorda şübhəli bilinən şəxslərin İP-ni istəyirdilər, lakin onların əsas məqsədləri həmişə geosiyasət olub: Rumıniya, Moldova, Ukrayna", - deyə Durov bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью