Durovla bağlı qərarda dəyişiklik

14.11.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durovun Fransadan çıxışına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Axşam.az xəbər verir ki, milyarderin məhkəmənin qoyduğu nəzarətlərə tam əməl etdiyi bildirilib.

Qeyd edək ki, Pavel Durov avqustun 24-də Fransanın “Le Burje” hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Ona qarşı qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla 6 maddə üzrə ittiham irəli sürülüb.

Durov 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülmüş və onun Fransadan çıxışı da qadağan edilmişdi.

2024-cü ilə olan məlumata görə, Durovun sərvəti 15,5 milyard dollar qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью