GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kripto taciri və “Telegram”ın təsisçisi Pavel Durovun dostu Roman Novak və həyat yoldaşı iki həftə əvvəl səhrada tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, onların qalıqları noyabrın əvvəlində parçalanmış halda tapılıb, lakin o zaman bu məlumat təsdiqini tapmayıb.
Qeyd edək ki, oktyabrın 2-də Novak və həyat yoldaşı Hatta şəhərində investorlarla görüşməli idi. Şəxsi sürücü onları gölün yaxınlığındakı dayanacağa aparıb, burada cütlük başqa maşına keçərək yola düşüb. Bundan sonra onlarla əlaqə kəsilib. Müstəntiqlər faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsi ilə cinayət işi açıblar. Novakın Teleqramın yaradıcısı Pavel Durovun dostu olduğu deyilir.
Əliyar Xəlil
Globalinfo.az