Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Albaniyanın Dürres şəhərində U-23 və gənclər arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatıb.
Futbolpress.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Fuad Həsənov yarışda üç medal qazanıb. İdmançı birdən qaldırma hərəkətində 134 kiloqram nəticə göstərərək gümüş medala sahib olub. Təkanla qaldırma hərəkətində isə 162 kiloqramın öhdəsindən gələn atlet üçüncü yeri tutaraq bürünc medal əldə edib.
İki hərəkətin cəmində ümumilikdə 296 kiloqram nəticə göstərən Fuad Həsənov Avropa birinciliyinin ümumi təsnifatında gümüş medal qazanıb.