Dursun Özbek: Artıq susmaq mümkün deyil

12.12.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray"ın prezidenti Dursun Özbekin mətbuat konfransı keçirilib. 

Apasport.az xəbər verir ki, o, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamalarına cavab verib: 

"Artıq susmaq mümkün deyil. TFF prezidenti vacib matçımızdan əvvəl kameraların qarşısına keçərək tərəfsizliyini itirib. Türk futbolunda başqa problem yoxmuş kimi o, kameralar qarşısında bizi tənqid edir. Bizim Çempionlar Liqasında matçımızın olması milli qürur deyilmi? Sonra da "Qalatasaray"ın uğur qazanmasını arzulayırsınız. Bu açıqlamalarınızla əslində "Monako"ya uğur arzulamısınız".

Qeyd edək ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu "Manako" - "Qalatasaray" (1:0) matçından öncə mətbuat konfransında "Fənərbaxça" - "Qalatasaray" derbisi və "Qalatasaray" - "Samsunspor" matçında yaşanan mübahisəli epizodlar barədə açıqlama vermişdi. 

Saşa Boey Premyer Liqaya doğru Argentina millisinin üzvü "İnter Mayami"də qalacaq Livakoviç karyerasını Xorvatiyada davam etdirəcək “Beşiktaş” mərakeşli müdafiəçi üçün hərəkətə keçib “Qalatasaray”dan Barış Alper Yılmaz və Abdülkerim Bardakcı açıqlaması
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью