Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qalatasaray” bu axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Liverpul”la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, klubun prezidenti Dursun Özbek komandanın növbəti mərhələyə vəsiqə qazanacağı halda futbolçulara 5 milyon avro bonus verəcəyini bildirib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Xatırladaq ki, klub prezidenti daha əvvəl Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus” üzərində qələbə münasibətilə komandaya 3 milyon avro bonus təqdim etmişdi.
Qeyd edək ki, “Liverpul” – “Qalatasaray” görüşü bu axşam Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Sara ilk dəfə Braziliya millisində! : Rəsmi heyət “Atletiko”nun müdafiəçisi “Fənərbaxça”nın hədəfində “Yuventus” Kanada millisinin üzvü ilə bağlı qərarını verib “Çelsi”də ciddi itki - KAPİTAN SIRADAN ÇIXDI Almaniyalı futbolçu Bundesliqada klubunu dəyişəcək - RƏSMİ