Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda duru yağlar bahalaşıb. Qiymət artımı daha çox Türkiyə istehsalı olan yağlardan müşahidə edilir.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, əvvəl 5-6 manata aldıqları məhsul indi 8 manatdır.
Azərbaycanda satılan duru yağların 10-15 faizi yerli xammaldan hazırlanır.
Ekspert Natiq Cəfərli bildirib ki, daxili istehsalın zəif olması və xaricdən asılılıq qiymət artımına təsir edən amillərdəndir:
"Türkiyədə bahalaşma yüksək səviyyədədir, orda qiymətlər artdıqca daxili bazar artdıqca təbii ki ixracda da onlar qiyməti artırırlar. İkincisi Türkiyənin özündə də istehsalının bir qismi Ukrayna ilə bağlı idi. Yəni onlar birgə müəssələri fəaliyyət göstərir. Ukraynadan aldıqları günəbaxan və qarğıdalı yağının Türkiyədə qablaşdırılaraq ya da təmizlənərək dünya bazarına çıxarırlar. Ukraynadakı vəziyyətlə bağlı duru yağın dünya bazarına çıxarılması ilə bağlı bir çox problemlər var. Ona görə də həcm olaraq azalıb. Həcm azalanda təbii ki qiymətlər qalxır".
Ekspert qeyd edir ki, müəyyən tədbirlər nəticəsində daxili istehsal arta, idxaldan asılılıq azalarsa, qiymətlər stabillləşə bilər.
Aysel Əkbər
Milli.Az