Durunaz Çimen: Festivala gəlməklə yeni ölkə, yeni insanlar tanımış oldum

01.06.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şuşa, 1 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Festivala Türkiyədən gəlmişəm, çox sevincliyəm, həyəcanlıyam.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşada keçirilən uşaq yaradıcılıq festivalının Türkiyədən olan iştirakçısı Durunaz Çimen söyləyib.

Festivaldan razılığını ifadə edən türkiyəli məktəbli deyib: “Buranı çox bəyəndim. Festivala gəlməklə yeni ölkə, yeni insanlarla tanımış oldum. Hər şey çox gözəl idi”.

Qeyd edək ki, iyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью