Duş qəbul edəndə unutduğumuz bədən HİSSƏLƏRİ Göbəyin iç və... | Icma.az
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır. Çimmək adətən avtomatik olaraq yerinə yetirdiyimiz bir rutindir.
Ancaq bədənin müəyyən hissəsləri var ki, çimərkən onlar diqqətimizdən yayına bilir.
Lent.az yuyunarkən müntəzəm təmizlənməsi sadəcə tövsiyə deyil, sağlamlığın qoruanması üçün vacib şərt olan unudulmuş bölgələri təqdim edir: Qulaqların arxası Qulaqların arxasındakı kimi dəri qıvrımları olan sahələr kir və yağın yığılması üçün ideal yerlərdir.
Bu bölgə təmizlənməsə, qabıqlanma, qaşınma və hətta infeksiya baş verə bilər.
Hər duş zamanı sabunla yumşaq bir şəkildə masaj etmək bölgəni təmiz saxlamağa kömək edəcəkdir. Sırğa taxırsınızsa, bu xüsusilə vacibdir.
Ayaq barmaqlarının arası Suyun ayağınızdakı çirkləri yuyub apardığı görünsə də, barmaqlarınızın arasında olan yerlər çox vaxt təmizlənməmiş qalır.
Bu, göbələk infeksiyalarının və qıcıqlanmaların inkişafına kömək edir.
Sabunla müntəzəm yuyunmaq və duşdan sonra hərtərəfli qurulanmaq sağlam ayaqların açarıdır.
Tam oxu
Xəbəri oxu