Duşan Tadiç keçmiş klubuna qayıdır

25.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Fənərbağça"nın ulduz futbolçusu sabiq komandası "Ayaks"a geri dönə bilər.

Oxu.Az "Aspor"a istinadən xəbər verir ki, Niderlandın "Ayaks" klubu 36 yaşlı serbiyalı hücumçu üçün 1+1 illik müqavilə təklif edib.

Türkiyə mediasında yayılan xəbərlərə görə, "Fənərbağça" forması ilə 76 oyunda meydana çıxan Tadiç "Ayaks"ın təklifini qəbul etmək niyyətindədir.

Qeyd edək ki, Duşan Tadiç "Fənərbağça" forması ilə ümumilikdə 24 qol, 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью