Duşan Tadiç NEC lə razılaşdı 2 illik müqavilə

27.07.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son olaraq BƏƏ-nin “Əl-Vahda” klubunda çıxış edən Duşan Tadiçin yeni komandası müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Niderlandın “Voetbal International” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, NEC 37 yaşlı futbolçu ilə 2 illik müqavilə barədə razılığa gəlib. Serbiyalı oyunçunun yaxın günlərdə tibbi müayinədən keçmək üçün Nijmegenə yollanacağı qeyd olunub.

NEC-in texniki heyət üzrə məsul şəxsi Karlos Aalbers bir müddət əvvəl Tadiçin transferinin maliyyə baxımından mümkün olmadığını bildirmişdi. O, transfer pəncərəsinin sonrakı mərhələsində vəziyyətin dəyişə biləcəyini də istisna etməmişdi.

Qeyd edək ki, NEC bundan əvvəl türkiyəli futbolçu Emre Moru da heyətinə qatıb.
 

“Qalatasaray” A Seriyası klubu ilə qarşılaşacaq Musiala "Qalatasaray"a doğru – Alman ulduz Türkiyə yolunda Diomandenin “Real”a transferi tamamlanır – 120 milyon avro “Bursaspor” “Şaxtyor”la heç-heçə etdi – Arda Turana böyük maraq “Qalatasaray”dan Leaoya yeni təklif
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью