Duşan Tadiçin yeni komandası bəlli olur

31.07.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

"Fənərbağça"dan ayrılan serbiyalı futbolçu Duşan Tadiçin yeni komandası bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təcrübəli futbolçu ölkəsinin komandalarından olan “Srvena Zvezda” ilə anlaşıb.

Xatırladaq ki, Tadiçlə Avropa klublarının “Atletiko Madrid” və onun keçmiş klubu “Ayaks”ın da maraqlandığı iddia edilirdi.

Ötən mövsüm "Fənərbağça"nın heyətində 53 matçda forma geyinən təcrübəli futbolçu 13 qol vurub, 18 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Fərid

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью