Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, bu il ilk dəfə gənclər arasında Qran-Pri turniri keçiriləcək. Dünya Cüdo Turuna daxil edilən yarış 24–25 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, turnirdə 17 cüdoçu (10 oğlan, 7 qız) ilə qüvvəsini sınayacaq.
İdmançılarımız tatamiyə gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.
Gənclər arasında Qran-Pri turnirində 19 ölkədən 234 cüdoçu (147 oğlan, 87 qız) mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Oğlanlar 60 kq-Anar Quliyev,Məhəmməd Rüstəmli, 66 kq-Əhməd Rüstəmov, 73 kq- Səlim Sultanov, Özqan Quliyev, 81 kq-Məhəmməd Ağakişiyev, 90 kq-Əli Qazıməmmədov, 100 kq- Davud Namazlı, Canpolad Əliyev, 100 kiloqramdanağır çəkidə -Ramazan Əhmədov.
Qızlar: 48 kq-Nərgiz Əhmədova, 52 kq-Aysun Məmmədova, Nuranə Hacızadə, 57 kq-Xədicə Qədəşova, Vüsalə Hacıyeva, 63 kq-Hanna Zaytseva, Nilgün Rzayeva.
Qabil YUSİFOĞLU
XQ