Düşənbədə BMT nin 2026 cı il konfransı üçün su gündəliyi hazırlanır

25.05.2026

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Tacikistan paytaxtında 2026-cı il BMT-nin Su Konfransı üçün Asiya-Sakit okean regional hazırlıq görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir Tacikistan hökuməti və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təşkil olunub.

Görüşdə Asiya-Sakit okean regionundan və digər ölkələrdən 100-dən çox nümayəndə iştirak edir. İştirakçılar Asiya-Sakit okean regionu əhalisi üçün təmiz suyun təmin edilməsi yollarını müzakirə edir və su problemlərinin həllinə inteqrasiya olunmuş yanaşma yolu ilə bu məqsədlərə çatmaq üzrə imkanları müəyyən edirlər.

Tədbirdə Asiya-Sakit okean regionunun dünyanın ən əhəmiyyətli su problemləri ilə üzləşən ölkələrlə yanaşı, innovativ strategiyalar və texnologiyalar tətbiq edən dövlətləri də əhatə etdiyi vurğulanıb. Region qlobal fəaliyyətin formalaşmasında əsas rol oynayır.

Görüşün nəticələri 2026-cı ilin sonunda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək 2026-cı il BMT Su Konfransının nəticələrinə töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью