Düşənbədə MDB+ formatının təsis olunması barəsində qərar qəbul olundu

10.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları MDB+ formatının təsis olunması barəsində qərar qəbul ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Kremlin saytında yerləşdirilib.

Müvafiq sənəd Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında imzalanıb.

Rusiya lideri Vladimir Putin bildirib ki, MDB+ formatının yaradılması təşəbbüsünü dəstəkləyir. Onun sözlərinə görə, yeni format başqa dövlətlərin və beynəlxalq strukturların MDB tədbirlərində daha fəal iştirakına kömək edəcək.

Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, istənilən dövlət müzakirə edilən məsələlərdən asılı olaraq MDB+ iştirakçısı ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью