Düşmənə sipər, Yurda qalxan, Ulusa qala

24.11.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Cəvahirli - Məhsəti bölgəsi

“Ahıska Türkləri-itmiş sürgünün izində” adlı etnomilli, tarixi-etnoqrafik ilk sərgi bu ilin 12 iyun günündə Türkiyə Cumhuriyyətinin Xarici İşlər nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin birgə təşkilatçılığı ilə İstanbul şəhəri, Atatürk Mədəniyyət Mərkəzində keçirilmiş, davamı Bakı şəhəri, Milli Azərbaycan Tarixi Muzeyində 21-28 avqust tarixində davamlanmış, 14 noyabr 2026-cı ildə (Cəvahirli/Məhsəti Türklərinin sürgün edilməsinin 82-ci ildönümü tamamında) Tarixi Ankara Vağzalında sonlanmışdır. Ancaq bu xalqın hələ də tamlıqla araşdırılmayan zəngin tarixi keçmişinin elmi-nəzəri, cənədli-xronoloji tədqiqi... davam etməkdədir....

XIX əsrdə olduğu kimi (1828-1829-cu illər rus-Türk müharibəsi) XX yüzillikdə də Məhsəti/Cəvahirli Türklərinin tarixi-coğrafi məkanı qanı axan yağı caynaqları ilə çalın-çarpaz doğranmış (Məhsəti dağ qurşağı, Cəvahirli yaylası, Kür çayının orta axar hövzələrində, Adıgün, Əhli-Təkləli, Allahverdi, Əhəlcik, Karvansaray...nahiyələrində, ümumi sahə 2588-2608 kv.km olmaqla), həyatları (120 min nəfərdən çox qövmün müqəddəs ocağında-242 qəryəsində) əhatə edən zamanın ağrılı-acılı sınaqlarına, milli-mədəni, ictimai-siyasi, etnomənəvi, dini-fəlsəfi....dəyərlərinin qorunması naminə sərt məşəqqətlərə, qanlı-qadalı sürgünlərə məruz qalmış, bütöv dövrləri əhatə edən bir sürgün xalqının salnamə xronikasına imza atmışlar. Türk-İslam dünyasının fəci sətirli bu səhifələri yazılmamış, oxunmamış, tədqiq edilməsinə əsrlərlə icazə verilməmiş, az da olsa tarixi kerçəkliyi təhriflərlə dolu təqdim edilib...SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 aprel 1956-cı il tarixli 135/142 nömrəli fərmanı ilə Məhsəti/Cəvahirli Türklərinin bəraətdən sonra da doğma yurdlarına qayıtması qadağan, bu sayaq siyasi-hüquqi yasaqlıq və məhdudiyyətlər Gürcüstan Respublikasının 11 iyul 2007-ci il tarixli 5261 nömrəli qanunu (“Keçmiş SSRİ rəhbərliyi tərəfindən XX əsrin 40-cı illərində Gürcüstan SSR-dən köçürülən şəxslərin vətənə qayıdışı haqqında”) ilə də tətbiq edilmişdir (1999-cu ildə bu ölkənin Avropa Şurasına qəbulu ilə bağlı qəbul etdiyi öhdəliklə bağlı).

Oğuz-Türkmən soyları ilə qan-gen bağlılığı olan Məhsəti/Cəvahirli Türkləri XX əsrdə milli sınaq ruhlu üç tarixi mərhələ ilə üzləşmişlər:

-SSRİ rəhbərliyi (İ.V.Stalin (1879-1953), L.P.Beriya (1899-1953) və A.İ.Mikoyan (1895-1978) başda olmaqla) tərəfindən 1944-cü ilin iki günü ərzində (14-15 noyabr) 120 min nəfərə yaxın soydaşlarımız doğma torpaqlarından Qazaxstana, Özbəkistana və Qırğızıstana zorla sürgün edilmişdir (II Dünya müharibəsinin 30 min nəfər iştirakçısı isə 1945-ci ildən sonra onların sırasına qoşulmuşdur);

-Türk-İslam dünyasının qatı düşməni İ.V.Stalininin ölümündən sonra (1956-cı illərdə) siyasi-hüquqi bəraət olan Məhsəti/Səvahirli Türklərinin sürgündən geri qayıtmalarına (tərk etdikləri kökənli yurdlarıistisna olmaqla) icazə verildiyindən ilk növbədə onlar ikinci Vətən kimi Azərbaycanı seçmişlər;

-1991-ci ilin sonunda SSRİ imperiyası dağılmaqla yaranan siyasi-geopolitik məhdudiyyətlərin aradan qalxması ilə soydaşlarımızın yaxın tarixi keçmişiilə İttifaq mərkəzlərində saxlanılan sənədli-xronoloji bilgilərin üzə çıxarılması, tədqiqinə icazə verilməsi, peşəkar və müstəqil tədqiqatçıların bu istiqamətdə ədəbi-tarixi nəşrlərin işıq üzü görməsi genişlənməkdədir.

Haşiyə. Rus tarixçisi, professor N.F.Buqay (1941) Məhsəti/Cəvahirli bölgəsinin əski Türk xalqlarının sürgün edilməsi, torpaqlarından zorla çıxarılması ilə bağlı yaşadıqları faciələrlə bağlı gizli saxlanılan arxiv materialları (Rusiya EA-nın Tarix institutunda) əsasında yazdığı “Məhsəti Türkləri: bəraətə qədər uzun yol. 1954-1994-cü illər” kitabı Türkiyə Cumhuriyyətində, Giregün Universitetində çap edilmişdir (2021-ci ildə, Türk dilində, 248 səhifə, 2400 nüsxə...).

Qara dənizin cənub-şərq hissəsində, orta hündürlüklü (1500-2000 m) vulkanik, yüksək dağlıq qurşaqları (Məhsəti, Şəmşir, Cəvahirli...) və çay vadiləri (Kür, Pərvanə, Küryançay...) ilə, sakral su yataqları (Pərvanə, Qönçəli/Xonçalı...) əhatələnən, qədim karvan yollarını tutan, e.ə.IV-III minilliklərin mədəniyyət-Təbəddülat və arxeoloji irs zənginliyinə malik (e.ə.V-III minilliyə aid) Cəvahirli/Məhsəti inzibati-ərazi vahidinin kökənli Türk yurdu kimi tarixi-coğrafi, maddi-mədəni, dini-ruhani...dəyərləri ilə səciyyələndirilir...

Bölgənin hündür dağ qurşaqlarının subalp və alp çəmənliklərinin ətirli meh axınları, dəniz iqliminin mülayimliyi və yağmurlu havası, dağ-çay vadilərinin bəyaz tüləbürünmüş sərin, həzin, pəmbə meh axınları....buludlarla örtülü hava örtüyünün üstünlük təşkil etdiyindən “Meh axını”, “Mehli səth/yer” anlamını verən “Məhsəti” kimi adlanmış (Qərbi Azərbaycanın Mehri nahiyəsi də eyni etimoloji məna daşıyır), bəzən oxşar, “təbii qiymətli, dəyərli zənginlik” anlamda həm də ”Cəvahirli” kimi ünvan qazanmışdır.

Məhsəti/Cəvahirli oymaqları qədim Kür-Araz və Alban mədəniyyətinin “daş kitabələri” ilə örtülü olduğu kimi, Bütöv Azərbaycanın elat, şifahi xalq yaradıcılığının, Tərəkəmə/Köçəri irsinin əsas coğrafi ünvanlarından biridir.

Türk dünyasının qatı düşməni olan çar Rusiyasının işğalçılıq siyasətində Türkmən-Oğuz tayfalarından Əhli-Təkləlilərin yığçam yaşadıqları bölgə, Qərbi Azərbaycanın Şörəel mahalı ilə həmsərhəd yerləşən Cəvahirli/Məhsəti vilayətinə rus general-feldmarşalı İ.F.Paskeviç-İrəvanlının (1782-1856) himayəsi altında Cənubi Azərbaycandan 1829-cu ildə 7300 ailə-58 min nəfərə qədər, 1829-1830-cu illərdə Osmanlı Türkiyəsindən isə 10 044 “tüstü”-90 min nəfər hay sürüsü yerləşdirilib. Bölgədə həm də, qədim Türk torpaqlarından-Krım yarımadasından 1850-ci ildə I Nikolayın (1796-1855) əmri ilə 495 rus ailəsi (4100 nəfər)bu yerlərə köçürülüb.

Osmanlı Türkiyəsinin Cənubi Qafqazda quru sərhədlərinin hərbi-strateji baxımdan ən əhəmiyyətli səddi Qars mahalının Ərdəhan nahiyəsinin şimal-şərq hisəsi, Kür çayının orta axarları və qədim Məhsəti/Cəvahirli bölgəsinin çar Rusiyası tərəfindən işğalı 1828-1829-cu illər savaşı nəticəsində bağlanılmış “Ədirnə müqaviləsi” ilə rəsmiləşib, milli tərkibinin yadlaşdırılması prosesi XIX əsr boyunca dəyişilmiş (Cənubi Azərbaycan və Osmanlı Türkiyəsi ərazilərindən 200 minə qədər hay sürüsü bölgədə yerləşdirilib), davamı kimi 1944-cü ildə soyqırım faciələri ilə yekunlaşmışdır.

Bölgəyə çar Rusiyasının hərbi-kəşfiyyat nəzarəti I Dünya müharibəsi dövründə də güclü olmuşdur.

Həmin tarixdən bir qərinə vaxt kəsimində, 1944-cü il təqvimində, payızın sonuncu ayının ortasında (14-cü gündən 15-ciyə keçəndə) sazaqlı, yağışlı, müdhiş gecəsində Cəvahirli/Məhsəti bölgəsinin kökənli Türk qövmünün doğma yurd-yuvalarından zorla köçürülməsi XX əsr faciələri tarixinin acı səhifələrindən biri idi.

Haşiyə. Bütün dövrlərdə olduğu kimi, XIX-XX əsrlərdə dinsiz hay kilsəsi Cəvahirli/Məhsəti bölgəsində yaranan siyasi-hərbi vəziyyətdən öz xeyirlərinə istifadə etməyi fövtə verməmiş, ümumilikdə 242 kəndin 30-a qədərində ibtidai insan-hay sürüsünü yerləşdirməsi nəticəsində, XIX əsrin sonlarında artıq hayların sayı 172 min nəfərə çatmış, 50-ə qədər kənd salmışlar. XX əsrin 30-40-cı illərində isə 280 Türk-Müsəlman kəndi tamamilə boşaldılmışdır...Hayların baş keşişi, daşnak xislətli M. Xrimyanın (1892-1907) səyi ilə bu əski Türk torpaqlarında 100-dən çox qəbir daşları-xaçkarlar basdırılmış, kəndlərdə kilsələr inşa edilmiş, “qədim erməni izləri” salınmışdır...Bölgəyə hay kilsəsinin təcavüzü təsadüfi deyil-Alban dini-sakral mədəniyyətinin abidələri, qayaüstü naxışlar, rəsmlər və mağara ocaqları bu yerlərdə xeyli dərəcədə zəngindir....

II Dünya müharibəsi müqəddəratının məlum olduğu ildə (1944-cü ilin noyabr ayında) Cəvahirli/Məhsəti Türklərinin zorla köçürülməsi (Qazaxstana, Özbəkistana, Qırğızstana) rus-gürcü-hay qruplaşmasının məkrli niyyətlərinin heç də iddia etdikləri kimi Türkiyə Cumhuriyyətinin “hücum” təhlükəsi ilə bağlı olmamış, əksinə 1915-1920-ci illərdən nəzərdə tutulan məkrli hərbi-siyasi təcavüzün icrası idi. Belə ki, 1915-ci il 23 may zəfərini qazanan Bahəddin Şakir paşanın Cəvahirli/Məhsəti Türklərini soyqırım faciələrindən xilası ilə həm də Qars-ƏhliTəkləli-Borçalı-Qazax-Gəncə....beynəlxalq Turan yolunun (bu yolun əhəmiyyəti 1918-1920-ci illərdə də sübut olunub) açılışını düşmən qüvvələrinin yadından çıxmamışdır...

R.S. Gürcüstanın rəsmi dövlət qurumları bölgənin Türk-İslam mədəniyyətinin kökənli yer adlarını əsrlər boyunca dövri olaraq dəyişmişlər - Məhsəti dağ qurşağı-“Мсхети”, Cəvahirli yaylası-“Джавахети”, Karvansaray nahiyəsi 1933-cü ildən-“Аспиндза”, Allahverdi nahiyəsi-əvvəlcə “Богдановка”, sonra isə “Нинотсиминда”, Əhəlcik şəhəri-“Ахалтсих”, Şəmşir dağ silsiləsi-“Самсар”, Kür çayı-“Мтквари”....adlanır.

(ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью