Düşmənlərin bütün planları iflasa uğradı | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Natiq Quluzadə, YAP Zəngilan rayon təşkilatının sədri Azərbaycan ərazilərinin 20 faizi 30 ilə yaxın erməni işğalı altında idi.
Bütün bu illər ərzində beynəlxalq təşkilatların yürütdükləri ikili standartlar siyasəti nəticə etibarı ilə münaqişənin sülh yolu ilə həllini qeyri-mümkün etmişdi.
Vasitəçi missiyası ilə səlahiyyətləndirilmiş beynəlxalq qurumların əsas məqsədləri isə münaqişəni dondurmaq və Azərbaycanı işğal faktı ilə barışdırmaq idi.
Bu vəziyyətdən daha çox yararlanmağa çalışan Ermənistan isə, artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməkdə idi.
Lakin ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və Ordumuzun şücaəti ermənilərin və havadarlarının bölgədəki siyasətini tam iflasa uğratdı.
Möhtərəm dövlət başçımızın 2003-2020-ci illər ərzində atdığı hər bir addım, qəbul etdiyi hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib.
Cənab Prezidentin gərgin əməyinin məntiqi nəticəsi kimi Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdıraraq ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.
Tam oxu
Xəbəri oxu