Düşüm heç olmasa izinə, Təbriz Günün şeiri

22.11.2026

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Xalq şairi Hökumə Billurinin anım günüdür.

Kulis.az "Təbriz" şeirini təqdim edir.

Qollarım dolanar boynuna bir gün,
Yenə baş qoyaram dizinə, Təbriz.
Həsrətdən, hicrandan cana doymuşam,
Doyunca baxaram gözünə, Təbriz.
Bulanlıq suların axsın, durulsun,
Təzə günlərindən büsat qurulsun.
Səhənd camalına bir də vurulsun,
Bir qubar qonmasın üzünə, Təbriz.
Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni.
Sosləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə, Təbriz.
Gülüstan bağının seyrinə gəlim,
Lalə yamacında bir də dincəlim,
Ötən günlərimə yetişməz əlim,
Düşüm heç olmasa izinə, Təbriz.
Ana təbəssümün ay işığıdır,
Qolum qamətinin sarmaşığıdır.
Şeirin bu dünyanın yaraşığıdır,
İncisi tükənməz xəzinə, Təbriz.
Sən şair ömrümə vüqar vermisən,
Solub-saralmayan gülzar vermisən.
Etibar vermisən, ilqar vermisən,
Hər igid oğluna, qızına, Təbriz.
Səttarxan bayrağın göylərə ucalt!
Qara buludları od ağzına at.
Şair qızının da sözlərini qat
Şirin söhbətinə, sözünə, Təbriz.

Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq “Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi? Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью