Düşündük ki, emosiyalarına hakim ola bilməz Elmar Baxşıyev

18.01.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 19-cu turunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bildirib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib: "Ağır, mübarizəli oyun oldu. Məğlub olsaq da, bunu faciəyə çevirməməli, növbəti görüşü düşünməli və hazırlaşmalıyıq". 

Mütəxəssis futbolçusu Qara Qarayevi fasilədə əvəz etməsindən danışıb: "Qaranı fasilədə əvəzlədik, düşündük ki, bu şəkildə davam etsə, emosiyalarına hakim ola bilməz. Futbolda belə hallar olur. Hər iki komandanın oyunçuları mübarizədən qopmadılar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью