Düşünmək üçün fasilə vermişdim Mariya Stadnik karyerasını bərpa edir?

30.01.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mənim üçün nəyin daha yaxşı olacağını düşünmək üçün fasilə vermişdim".

Fanat.Az-ın məlumatına görə, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) şəxsi "Instagram" hesabında yazıb.

O, karyerasını davam etdirə biləcəyinə eyham edib:

"2024-cü ildə Parisdəki Yay Olimpiya Oyunlarından sonra bir çox insanlar məndən karyeramı bitirib-bitirməyəcəyimi soruşurlar. Qərarımı yaxın vaxtlarda açıqlayacam".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью