Düşünürdüm ki, bir daha buraya qayıtmayacağam Fotolar

29.09.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Çingiz Mustafayev bir müddət İndoneziyada qaldığını açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi Balidən fotolar paylaşaraq səfərlə bağlı təəssüratlarını bölüşüb.

“Balidə keçirtdiyim bir ay sona çatdı. Bu ada mənim üçün həqiqətən çox özəldir. İlk dəfə burada təxminən altı ay yaşadıqdan sonra düşünürdüm ki, bir daha geri qayıtmayacağam. Amma Balinin qəribə bir sehri var – nə qədər uzaqlaşsan da, səni yenidən özünə çağırır. Bu səfər çox dolu keçdi: çıxışlar, çəkilişlər, yeni musiqi tanışlıqları və unudulmaz anlar" deyə, Çingiz fotolarına yazıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью