“Düşünürəm ki, İran birbaşa danışıqlar aparmaq istəyir” Tramp

04.04.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Məncə, İran birbaşa danışıqlar aparmaq istəyir. Tehranla dialoq qura bilsək, daha yaxşı olar”.

Bunu ABŞ Prezidenti Donald Tramp ötən gün İranla danışıqların mümkünlüyünü şərh edərkən deyib.

İranın vasitəçilərdən istifadə etmək istəməsinə toxunan Tramp bildirib: “Artıq bunun doğru olmadığını düşünürəm. Məncə, narahatdırlar. Düşünürəm ki, onlar özlərini həssas hiss edirlər və belə hiss etmələrini istəmirəm”.

Tramp, eyni zamanda, müxbirin iranlıların məktubunun məzmunu barədə sualına “məktubları unut”, - şəklində cavab verib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью