“Düşünürəm ki, Qurbanov müdafiədə Mateus Silva Bədavi Hüseynov tandeminə üstünlük verər” mütəxəssis fikri

12.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda “Elfsborq”un qonağı olacaq “Qarabağ” təcrübəli müdafiəçilərindən Bəhlul Mustafazadə ilə Kevin Medinanın xidmətindən məhrumdu.

Arif Əsədovun bununla bağlı fikirlərinə yer ayırmışdıq. Fərqli bir baxış bucağı ilə tanış olmaq üçün təcrübəli mütəxəssis Adil Şükürova da müraciət etdik:

“Düşünürəm ki, Qurban Qurbanov müdafiədə Mateus Silva - Bədavi Hüseynov tandeminə üstünlük verər. Bu iki nəfər dəfələrlə çempionat oyunlarında oynayıblar. Cinahlarda isə Abbas Hüseynov, Marko Veşoviç, Elvin Cəfərquliyev və Toral Bayramlı var. Məncə, Medinanın yoxluğu müdafiə xəttində problem yarada bilər”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью