Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Neftçi”nin hücumçusu Ağadadaş Salyanski karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək. 22 yaşlı futbolçu icarə əsasında Premyer Liqa təmsilçisinə keçib.
Salyanski “Futbolpress.az”a açıqlamasında keçidini şərh etdi:
“Daha çox oynamaq istədiyim üçün bu qərarı verdim. Başqa variantlar da var idi, lakin yeganə real olan “Araz-Naxçıvan” olduğuna görə seçimimi belə etdim”.
Futbolçu komandanın baş məşqçisi Cavid Hüseynovla söhbətindən söz açdı:
“Hüseynovla danışdım və məni komandasında görmək istədiyini bildirdi. Düşünürəm ki, seçimim faydalı olacaq. İlk növbədə əlimdən gələni edib, əsas heyət üzvü olmağa çalışacağam. Məqsədim daha çox oyun şansı qazanmaqdır”.
Ağadadaş “Neftçi”nin yetirməsidir. O, “ağ-qara” formada 50 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Şahin Cəfərov