Duty Free yə satılan mallar vergidən azad edilə bilər

23.10.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycanda rüsumsuz ticarət mağazalarına ("Duty Free") satılan malların əlavə dəyər vergisinə və aksiz vergisinə 0 (sıfır) dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.

"Unikal" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью