Duygu Sarışın evlənir: Məşhur professorun təklifinə hə dedi

11.08.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Türkiyəli aktrisa Duygu Sarışın təxminən iki ildir münasibətdə olduğu məşhur kvant fizikası professoru Mete Atatürənin evlilik təklifini qəbul edib.
Demokrat.az
xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, cütlük münasibətlərini uzun müddət ictimaiyyətdən uzaq yaşayıb. Onların eşq münasibətinin yeni mərhələyə keçməsi Siciliya tətilində baş verib. Məlumata görə, Mete Atatürə burada Duygu Sarışına sürpriz şəkildə evlilik təklifi edib və aktrisa “hə” cavabını verib.
38 yaşlı Duygu Sarışın ilə 51 yaşlı Mete Atatürə arasında 13 yaş fərqi var. Buna baxmayaraq, cütlük münasibətləri boyunca yaş fərqini gündəmə gətirməyib və şəxsi həyatlarını mümkün qədər kameralardan uzaq tutmağa çalışıb.
Duygu Sarışın daha əvvəl aktyor Çağatay Ulusoy ilə uzunmüddətli münasibəti ilə gündəmə gəlmişdi. 2016-cı ildə başlayan bu münasibət təxminən yeddi il davam edib və 2023-cü ildə sona çatıb.
Sarışın “İçerde”, “Ufak Tefek Cinayetler” və “Ben Leman” kimi seriallarda oynadığı rollarla tanınır. Mete Atatürə isə beynəlxalq səviyyədə tanınan kvant fizikası üzrə alim və akademikdir.
Cütlüyün toy tarixinin nə vaxt olacağı ilə bağlı isə hələlik məlumat verilməyib.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью