Düyü böhranı: Qiymət də artır, qorxu da

08.04.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyada düyü qiymətlərində kəskin artım müşahidə olunur. 

“Cebheinfo.az” xəbər verir ki, rəsmi Tokio qiymət artımının qarşısını almaq məqsədilə fevral ayında 210 min ton düyü ehtiyatını təcili bazara çıxarsa da, böhranın qarşısını almaq mümkün olmayıb.

Belə ki, ölkənin ənənəvi mətbəxində əsas yer tutan düyü istehsalı son aylar iqlim dəyişikliyi və təbii fəlakətlərin təsiri ilə əhəmiyyətli dərəcədə azalıb. Bu səbəbdən bazarda təklifin azalması qiymətlərin artmasına səbəb olub.

Hökumətin ehtiyatları buraxması müvəqqəti təsir göstərsə də, düyü qıtlığı və topdansatış qiymətlərinin yüksəlməsi artımın qarşısını ala bilməyib.

Rəsmi məlumatlara əsasən, ölkədə 60 kiloqramlıq düyü kisəsinin orta qiyməti son iki il ərzində 55 faiz artaraq 160 dollara çatıb.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью