Düyü idxalı 21,2% azalıb

18.06.2026

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 20 milyon 341,2 min dollar dəyərində düyü idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 25 milyon 811,8 min dollar idi.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dəyər ifadəsində düyü idxalı 5 milyon 470,7 min dollar və ya 21,2% azalıb.

Miqdar ifadəsində idxal 27 min 210,2 tondan 23 min 28,7 tona düşüb. Azalma 4 min 181,5 ton və ya 15,4% təşkil edib.

Düyü idxalında həm həcm, həm də dəyər azalıb. Dəyər azalmasının miqdar azalmasından yüksək olması orta idxal qiymətində də azalma ehtimalını göstərir. Bu, bazarda daha ucuz düyü məhsullarının payının artması və ya idxal qiymətlərinin enməsi ilə bağlı ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью