Düyün çözülür: Məhkəmə Barselonaya güzəşt edəcək?

08.01.2025

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Barselona" futbolçuları Dani Olmo və Viktor Paunu müvəqqəti qeydiyyatdan keçirə biləcək.

Publika.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.

Mənbə qeyd edir ki, məhkəmə işə baxdığı müddətdə Olmo və Viktora lisenziya veriləcək. Bu, üç aylıq ola bilər.

Məhkəmə "Barsa"nın tələbinin qanuni əsasa malik olduğunu qəbul edir. Yəni klubun çərşənbə axşamı təqdim etdiyi 52 səhifəlik sənəddə araşdırılmalı kifayət qədər arqumentlər var.

Xatırladaq ki, La Liqa və İspaniya Kral Futbol Federasiyası (RFEF) futbolçuları qeydiyyatdan keçirməkdən imtina etdikdən sonra “Barselona” İspaniya Ali İdman Şurasına (CSD) müraciət edib

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью