Duz qabınızda bu bakteriya yaşayır Dəhşət | Icma.az
Icma.az, Axar.az saytına istinadən bildirir. Salmonella məişətdə çox istifadə edilən süfrə duz qabınızda yaşaya bilər.
Mətbəxlərimizdə saxladığımız ədviyyat qabları nadir hallarda yuyulur və dezinfeksiya edilir.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Rutgers Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma bunu sübut edib.
Mümkün qida zəhərlənməsindən qorunmaq üçün mətbəxlərimizdəki bütün səthlər və əşyalar yaxşıca yuyulmalı və dezinfeksiya edilməlidir.
Mətbəxdə çiy qida bişmiş qidaya çevrilir, lakin bu proses zamanı həmin çiy qidadan bəzi bakteriyalar doğrama taxtalarına, müxtəlif bıçaq-qaşıqlara və digər səthlərə çökə bilər.
Yeni bir araşdırmanın göstərdiyi kimi, hətta təcrübəli ev aşpazları belə duz qablarını, istiot qablarını və digər ədviyyat qablarını dezinfeksiya etməyi unudurlar.
Müəlliflər müxtəlif mətbəx əşyalarını sınaqdan keçiriblər və duz qablarının unudulduğunu aşkar ediblər.
Halların demək olar ki, yarısında onlar yemək hazırlayarkən istifadə edildikdən sonra bakteriya ilə çirkləniblər.
Tam oxu
Xəbəri oxu