“Duz Tayfunu”: Hakerlər Baş nazirin də telefonunu dinləyiblər

27.01.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Çin hakerləri illərdir Britaniya hökumətinin telefonlarını dinləyiblər.

“Cebheinfo.az” xəbər verir ki, bunu "Daily Telegraph" mənbələrə istinadən yazıb.

Məlumata görə, onlar 2021-ci ildən 2024-cü ilə qədər sabiq baş nazir Boris Consonun ən yaxın köməkçiləri Liz Truss və Rişi Sunak da daxil olmaqla yüksək vəzifəli məmurların telefonlarını sındırıblar.

Qəzet iddia edir ki, "Duz Tayfunu" kod adı ilə tanınan dinləmə əməliyyatı onlara şəxsi yazışmaları, telefon zənglərini ələ keçirməyə və yerlərini izləməyə imkan verib.

Qəzet bu həftə Çinə rəsmi səfər edən hazırkı Baş nazir Kir Starmerin cihazlarının da sındırılmış ola biləcəyi ehtimalını istisna etmir. Bu, Britaniya liderinin 2018-ci ildən bəri Çinə ilk səfəridir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью