Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı VİDEO

13.08.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Torpaq daşıyan yük maşını dik yola qalxarkən idarəetməni itirərək aşıb.

Avtosfer.az xəbər verir ki, qəzanın yükün avtomobilin arxa hissəsində düzgün yerləşdirilməməsi nəticəsində baş verdiyi bildirilir.

Belə ki, torpaqla yüklənmiş yük maşını yoxuşa qalxmağa çalışarkən hərəkətini davam etdirə bilməyib. Nəticədə avtomobil geriyə doğru hərəkət edib və yolun kənarında aşıb.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Mütəxəssislər qeyd edirlər ki, yük maşınlarında yükün çəkisi və kuzovda düzgün yerləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə dik yollarda ağır yükün arxa hissədə cəmlənməsi nəqliyyat vasitəsinin ağırlıq mərkəzini dəyişərək onun hərəkət sabitliyini poza və aşmasına səbəb ola bilər. Bu səbəbdən yük normadan artıq götürülməməli, kuzovda bərabər paylanmalı və avtomobilin texniki imkanları nəzərə alınmalıdır.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью