Duzlu qidalar üzdə şişkinlik yaradır

13.01.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tətil dövründə həyat tərzi zahiri görünüşə mənfi təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu haqda dəri xəstəlikləri və kosmetologiya kafedrasının dosenti Valentina Petunina lenta.ru-ya müsahibəsində xəbərdarlıq edib.

Kosmetoloqun sözlərinə görə, uzun süfrələr və gecə oturuşlarından sonra üz nahiyəsində ən çox müşahidə olunan problem şişkinlikdir. Mütəxəssis bildirib ki, bu hal yaşlanma və ya yorğunluqla deyil, toxumalarda mayenin yığılması ilə əlaqədardır. Şişkinliyin əsas səbəbləri isə duzlu qidaların həddindən artıq qəbulu, spirtli içkilər və yuxu çatışmazlığıdır.

Həkim qeyd edib ki, üzündə şişkinlik görən bir çox insan eyni səhvlərə yol verir: pəhrizə başlayır, ac qalır və ya sidikqovucu dərmanlardan istifadə edir. Onun sözlərinə görə, bu yanaşmalar vəziyyəti daha da ağırlaşdırır. Kliniki olaraq təsdiqlənmiş üsullar isə tam fərqli addımlar atmağı tövsiyə edir.

“İlk növbədə su balansını bərpa etmək lazımdır. Gün ərzində azı 1,5–2 litr təmiz, qazsız su için. Su orqanizmdən artıq natriumun xaric olunmasına kömək edir və təbii detoks mexanizmlərini işə salır”, - deyə Valentina Petunina izah edib.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью