Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Uroloq Mark Qadziyan xəbərdarlıq edib ki, bəzi məhsulların həddindən artıq istehlakı kişilərin ümumi sağlamlıq vəziyyətinə və həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında danışıb.
Həkimin sözlərinə görə, qida rasionunda duzun normadan artıq olması hormonal tarazlığın pozulmasına səbəb ola bilər.
Pivənin də orqanizmə oxşar təsiri var və əlavə olaraq ümumi enerji səviyyəsinin azalmasına, halsızlığa və motivasiyanın zəifləməsinə gətirib çıxara bilər.
Qadziyan vurğulayıb ki, sağlam həyat tərzinin və balanslı qidalanmanın qorunması uzunmüddətli sağlamlıq baxımından xüsusi əhəmiyyət daşıyır.
Aytəkin TOFİQQIZI Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.