Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda manevr qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 2-də, paytaxtın Əhməd Rəcəbli küçəsində qeydə alınıb. Belə ki, 90-YS-552 qeydiyyat nişanlı avtomobilin sürücüsü düzünə hərəkət təşkil edilmiş zolaqla hərəkət edərək geriyə dönmə yerinə daxil olub. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısında tormoz verərək hərəkətə mane olub.
Qeyd edək ki, sürücünün əvvəlcədən sol zolağa keçmək imkanı olsa da, o, bu qaydaya əməl etməyib.
Fərid
bax.tvhttps://player.bax.tv/embed/228488.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler