Dvalişvili kəmərini qorudu

11.10.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Las-Veqasda (ABŞ) keçirilən UFC 320 turnirində əsas döyüşlərin birində yüngül çəkidə çempion Merab Dvalişvili ilə amerikalı Kori Sandhagen üz-üzə gəlib.

“T-Mobile Arena”da beş raund davam edən qarşılaşmada gürcü idmançı hakimlərin yekdil qərarıyla (49-45, 49-45, 45-46) qalib gəlib.
Dvalişvili bu nəticə sayəsində UFC çempionluq kəmərini uğurla müdafiə edib və ardıcıl 14-cü qələbəsini qazanıb. Artıq 33 yaşlı döyüşçünün peşəkar karyerasında 20 qələbə və 4 məğlubiyyəti var. Sandhagen isə 18 dəfə qalib gəlsə də, 6 dəfə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью