Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Badamdar–20-ci sahədə sürüşmə sahəsində çatlar genişlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.
Ərazidə vəziyyətin dinamikası izlənilir.