DVX: Təsərrüfat obyektləri vergi orqanında uçota alındıqdan sonra bazarda fəaliyyət göstər…
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin okntyabr ayından Azərbaycanda bazarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi vergi orqanında uçota alındıqdan sonra mümkün olacaq.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, “Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi istiqamətində mühüm yeniliklərdən biri bazarlara nəzarət üzrə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlıdır.
Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdüyü obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq.
Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir.
Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiyanın, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumatın yerləşdirilməsi nəzərdə tutulur.
Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib.
Tam oxu
Xəbəri oxu