DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 5% ə yaxın artıb

05.06.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 7 843,3 milyon manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu mənbədən vergi daxilolmaları proqnozdan 423 milyon manat və ya 5,7 faiz çox icra edilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.6% artıb.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 15,5 milyard manat köçürülməsi proqnozlaşdırılır. Beləliklə, hesabat dövründə həmin məbləğin 44,7%-i təmin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью