Dyökereş ümidləri doğruldur, ya yox?

24.12.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Arsenal”ın mövsümün əvvəlində “Sportinq”dən 63,5 milyon avroya böyük ümidlərlə transfer etdiyi Viktor Dyökereş İngiltərədə müzakirə mövzusu olmaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, İsveç yığmasının üzvü son turda səfərdə “Everton”a penaltidən qol vurmaqla həm komandasına vacib qələbə qazandırdı, həm də 5 oyunluq qolsuz seriyaya son qoydu. O, bu mövsüm premyer-liqada iştirak etdiyi 15 qarşılaşmada ikisi penaltidən olmaqla 5 qol vurub. Etiraf edək ki, hücumçu üçün heç də yüksək göstərici deyil.
İngiltərə yığmasının sabiq üzvü Qari Lineker də məhz belə düşünür: “Holann artıq premyer-liqada 19 qol vurub. Norveç yığmasının heyətində də seçmə mərhələdə vacib qollar vurub. İnanılmaz göstəricilərə malikdi. Bu mövsüm “Arsenal”la “Siti” arasındakı çempionluq mübarizəsində məhz Holann amili həlledici rol oynaya bilər. “Arsenal” fanatları məndən inciməsin, amma Dyökereşlə Holann eyni səviyyədə deyil. Dyökereş zədədən dönəndən sonra cəmi bir dəfə fərqlənib. O qolu da penaltidən vurub”.
Amma İngiltərə futbolunda iz buraxmış daha bir önəmli isim – Ueyn Runi isə fərqli cür düşünür. O, 27 yaşlı isveçlinin oyununu tərifləyib:

“Dyökereş meydanda böyük həcmdə iş görür. İnsanlar çox vaxt onun gördüyü işə diqqət yetirmir. “Everton”la matçda daim iki mərkəz müdafiəçisini özünə cəlb edərək digər futbolçular üçün boş zona açırdı. Dyökereşin “Arsenal” üçün vacib futbolçu olduğunu düşünürəm. Çünki komanda yoldaşlarının işini asanlaşdırır. Onun yeganə problemi məhsuldarlığınını aşağı olmasıdı. İnsanlar ondan daha çox qol gözləyir. Sözsüz, Viktor indikindən də yaxşı oynamağa və daha yüksək məhsuldarlıq sərgiləməyə qadirdi. Ancaq “Arsenal” sonda premyer-liqanı qazansa, Dyökereş istənilən halda bu uğurda böyük pay sahibi olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью