Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
Avtosfer.az-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, hərəkət zamanı diqqətli olmalı və təhlükəsizlik qaydalarına laqeyd yanaşmamalıdırlar.
Qurum vətəndaşlara xatırladıb ki, bir anlıq diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə və xoşagəlməz nəticələrə səbəb ola bilər. Bu səbəbdən hər kəsdən yol hərəkəti zamanı məsuliyyətli davranmaq və təhlükəsizlik qaydalarına əməl etmək tələb olunur.