Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri artıb.
Redaktor.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə yük avtomobillərinin sürücülərinə müraciət edib.
İdarə sürücülərə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri xatırladıb.
İlk növbədə sürücülərdən:
yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri; ara məsafəsini düzgün seçmələri; ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri; yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri; nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri; iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri; sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri; hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur.Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.