DYP gülməli yol qəzasının görüntülərini yaydı Dayanıb onu gözləyirdi? VİDEO

30.10.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

BDYPİ: Diqqətsiz edilən manevr və yüksək sürət – birləşəndə qəza qaçılmaz olur

Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xəbərdarlıq edib ki, yollarda baş verən ağır qəzalarda çox zaman iki amil eyni anda özünü göstərir – bir sürücünün yüksək sürətlə hərəkət etməsi, digərinin isə manevri diqqətsiz şəkildə yerinə yetirməsi.

Qeyd olunub ki, bu cür hallarda birinin məsuliyyətsizliyi, digərinin ehtiyatsızlığı ilə birləşəndə, nəticə adətən ağır olur.

Diqqətsiz edilən manevr sürücünün ətrafdakı vəziyyəti tam qiymətləndirməməsi, güzgülərdən istifadə etməməsi, zolaq və ya dönmə qaydalarına əməl etməməsi deməkdir. Yüksək sürətlə gələn nəqliyyat vasitəsi isə bu ani səhvə reaksiya verməyə vaxt tapmır və qəza qaçılmaz olur.

BDYPİ sürücülərə müraciət edərək xatırladır: “Unutmayaq: birinin diqqətsizliyi, digərinin sürəti – bir anda həyatları dəyişə bilər.”

Yolda hər hərəkət düşünülmüş olmalı, hər qərar məsuliyyətlə verilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью